İsveçrə ilə iqtisadi əlaqələr müzakirə olunub
Azərbaycanla İsveçrə arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi, şaxələndirilməsi müzakirə edilib.
Qazet.az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.
"Azərbaycan hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın İsveçrədən olan həmsədri Ervin Bollingerlə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsinin, şaxələndirilməsinin və işgüzar dairələr arasında yeni biznes təşəbbüslərinin əhəmiyyəti barədə fikirlərimizi bölüşdük", - nazir bildirib.
🇦🇿🇨🇭 Azərbaycan Respublikası Hökuməti ilə #İsveçrə Federal Şurası arasında #ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın İsveçrədən olan həmsədri Ervin Bollingerlə görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsinin,
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 13, 2022
1/2