İsveçrə qəzeti Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni tənqid edib
Fransa Senatı Putinin qaz şantajı ilə açıq şəkildə oynayan qətnamələr qəbul edir, İsveçrənin ən böyük iqtisadi fransızdilli qəzeti olan L'Agefi, Fransa Senatının 2022-ci il noyabrın 15-də qəbul etdiyi və ölkə hökumətini zorakılıq tətbiq etməyə çağıran qətnaməni şərh edərkən yazır.
“Fransa Senatı açıq şəkildə Putinin qaz şantajı ilə oynayan qətnamələr qəbul edir. Bu qətnamənin ciddi enerji böhranı şəraitində Fransanın özünün iqtisadi maraqları ilə necə əlaqəli olduğu aydın deyil”, - məqalədə vurğulanır.
Qazet.az-ın məlumatına görə, məqalədə həmçinin qeyd olunur ki, Fransa özü eyni vaxtda Rusiyanın müttəfiqi Əlcəzairdən enerji resursları istəyir və Avropa Parlamentinin deputatları Ukraynadakı müharibəni dəstəkləmək üçün əlaqələri kəsməyi təklif edirlər.