İsveçrədə "Qarabağ"ın oyununa maraq azdır
Qeyd edək ki, bu gün gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
İsveçrədə "Bazel" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının qrup oyununa maraq azdır.
Qazet.az-ın məlumatına görə, bu barədə meydan sahiblərinin baş məşqçisi Patrik Rahmen görüş öncəsi təşkil olunmuş mətbuat konfransında açıqlama verib.
Onun sözlərinə görə, qarşılaşmaya 9 mindən az bilet satılıb: "Matçın az sayda fanatın iştirakı ilə oynanılması ehtimalı var. İştirak edənlər komandanı yüksək səslə dəstəkləsələr, bu, əlbəttə, bizə kömək edəcək".
Qeyd edək ki, dekabrın 9-da gerçəkləşəcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki kollektiv H qrupunda 11 xala malikdir və pley-offa vəsiqəni təmin edib. Azərbaycan təmsilçisi yalnız qələbə sayəsində qrup lideri ola və 1/8 finala yüksələ bilər.