İsveçrəli futbolçu intihar etdi
İdman
19:30 21 noy, 2022
Bosniya və Herseqovina "Zrinski Mostar"ının yarımmüdafiəçisi Kərim Qazzetta intihar edib.
Qazet.az xəbər verir ki, 27 yaşlı futbolçu noyabrın 21-i səhər saatlarında intihar edib. Onun Bosniyanın Mostar şəhərindəki evin 8-ci mərtəbəsindən özünü atdığı bildirilir.
Yarımmüdafiəçi bu mövsüm zədə səbəbindən Bosniya və Herseqovina Premyer Liqasında cəmi 1 oyun keçirib.
İsveçrəli Qazzetta vaxtilə ölkəsinin müxtəlif yaş kateqoriyalarında milli komandalarda çıxış edib. O, İsveçrənin ən perspektivli futbolçularından biri hesab olunurdu. Karyerasına "Servette"də başlamış və eyni zamanda "Vintertur, "Servett", "Lozanna Uşi" və "Ksamaks"da oynayıb.