Bakı 10˚C Sunny

İsveçrəli futbolçu tətildə olarkən dünyasını dəyişib

İdman 09:36 18 dek, 2022
İsveçrəli futbolçu tətildə olarkən dünyasını dəyişib

İsveçrənin ikinci divizion klubu “Lozan Uşi”nin futbolçusu Elia Alessandrini tətildə olarkən vəfat edib.

Qazet.az xəbər verir ki, bu barədə Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

“Elia Alessandrini üçün yas tuturuq. Ailə dostunu, komanda yoldaşını və hər kəs üçün nümunə olan birini itirdik”, - “Lozan Uşi” açıqlamasında bildirib.

Futbolçunun hovuzda çimərkən öldüyü qeyd edilib. O, tətilini Omanda keçirib. Bir neçə saatdan sonra o, İsveçrəyə uçmalı idi.