Bakı -1˚C Windy

İtaliya mətbuatı: AFFA Canni De Byazi ilə vidalaşır

Gündəm 19:22 16 noy, 2021

Uğursuz nəticələr səbəbindən 65 yaşlı mütəxəssisin noyabrın 30-da başa çatacaq müqaviləsi yenilənməyəcək

İtaliya mətbuatı: AFFA Canni De Byazi ilə vidalaşır

AFFA Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollarını ayıracaq.

Qazet.az-ın məlumatına görə, bu barədə İtaliyanın "TuttoMercato" nəşri xəbər yayıb.

Bildirilib ki, uğursuz nəticələr səbəbindən 65 yaşlı mütəxəssisin noyabrın 30-da başa çatacaq müqaviləsi yenilənməyəcək.

Qeyd edək ki, Canni De Byazi Azərbaycan millisinə 2020-ci ilin avqustunda baş məşqçi təyin olunub. Milli komanda onun rəhbərliyi altında keçirdiyi 20 oyunda 2 qələbə qazanıb, 6 dəfə heç-heçə edib və 12 dəfə məğlub olub.