İtaliya prezidenti İran səfirinə etiraz edib
İtaliya Respublikasının prezidenti Sercio Mattarella İran səfirini nümayişçilərə qarşı repressiyalara və edam cəzasına görə qınayıb.
Qazet.az xəbər verir ki, bu barədə çərşənbə günü prezidentin mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı diplomat Məhəmməd Rza Saburinin etimadnaməsini qəbul edib.
“İtaliya prezidenti nümayişçilərə qarşı repressiyaları kəskin pisləndiyini bildirərək, səfiri İran İslam Respublikasının hakimiyyət orqanlarının diqqətinə əhaliyə qarşı zorakılığın dərhal dayandırılması tələbini çatdırmağa çağırıb. O, həmçinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prinsiplərinə də diqət çəkib”, - məlumatda bildirilib.
Bundan əvvəl İran səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, orada da İtaliyanın qəzəb və narahatlığı ifadə edilib, ölüm hökmlərinin tətbiqinin və edamların dərhal dayandırılması, etirazların vəhşicəsinə yatırılmasına son qoyulması tələbləri irəli sürülüb.