Bakı 3˚C Intermittent clouds

İtaliya qazın qiymətinin artması ilə bağlı xəbərdarlıq edib

Cəmiyyət 03:59 20 dek, 2022
İtaliya qazın qiymətinin artması ilə bağlı xəbərdarlıq edib

İtaliyada qışın başlanğıcı qazın bahalaşmasına səbəb olacaq.

Qazet.az xəbər verir ki, ANSA agentliyinin məlumatına görə, bunu Enerji, Şəbəkələr və Ətraf Mühit İdarəsinin (enerji bazarına, qaz təchizatı, su təchizatı və tullantıların utilizasiyasına nəzarətdən məsul olan müstəqil qurum) prezidenti Stefano Bessegini deyib.

Bessigini elektrik enerjisinin qiymətinin artmayacağını proqnozlaşdırıb, çünki cari rübdə "nisbətən aşağı, orta" göstəricilər müşahidə olunub. Bununla belə, o, mavi yanacağın bahalaşması ilə bağlı xəbərdarlıq edib.

“Qaza gəlincə, qış mövsümünün başlaması təbii ki, qiymətlərin artmasına səbəb olacaq. 15 gün ərzində dəyərin formalaşması baş verəcək”, - İtaliya tənzimləyicisinin rəhbəri vurğulayıb.

Qurum rəsmisi Aİ-nin energetika nazirləri tərəfindən 180 avro müəyyən edilmiş Rusiya qazının qiymət tavanına da münasibət bildirib. O, bu rəqəmi istehsalla müqayisədə yüksək hesab edib.

“Əlbəttə, söhbət müzakirənin başladığı qiymətdən daha aşağı qiymətdən gedir. Balans tapmaq asan deyildi”, - Besseghini yekunlaşdırdı.