Bakı 27˚C Windy

İtaliya Ukraynaya raket hücumlarını QINADI

Gündəm 15:38 10 okt, 2022
İtaliya Ukraynaya raket hücumlarını QINADI

İtaliya Xarici İşlər Nazirliyi Rusiyanın bu səhər Ukrayna ərazisində həyata keçirdiyi raket hücumlarını pisləyib.

Qazet.az xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib:

 "İtaliya bu səhər Kiyevin mərkəzinə və Ukraynanın digər şəhərlərinə edilən raket hücumlarından dəhşətə gəlib. Biz Ukraynaya, xalqına və müqavimətinə qətiyyətlə dəstəyimizi və eyni zamanda tam şəkildə bir daha bildiririk. Rusiyanın haqsız təcavüzünə görə məsuliyyəti daha da ağırlaşdıran bu addımı pisləyirik. Biz bunu pisləyir və ən yüksək hiddətimizi bildiririk”- bəyanatda qeyd olunub.

Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujni Rusiya qüvvələrinin bu səhər 75 raket atdığını və onlardan 41-ni məhv etdiyini açıqlayıb.