Bakı 9˚C Intermittent clouds

İtaliya şirkəti ilə mülki aviasiya üzrə əməkdaşlıq müzakirə edilib

Cəmiyyət 17:37 18 okt, 2022
İtaliya şirkəti ilə mülki aviasiya üzrə əməkdaşlıq müzakirə edilib

Bu gün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovla İtaliyanın “Leonardo” şirkətinin baş vitse-prezidenti Marko Buratti arasında keçirilən görüşdə mülki aviasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qazet.az bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, görüşdə tərəflər hava gəmilərinə texniki xidmət və təmir sahəsində əməkdaşlıq, eləcə də aeronaviqasiya sahəsində perspektivli və müasir innovativ texnologiyaların tətbiqi məsələlərinə toxunublar.

Danışıqlar nəticəsində Azərbaycanın aeronaviqasiya sisteminin infrastrukturunun inkişafı ilə bağlı layihələr razılaşdırılıb.

Həmçinin tədbir zamanı Azərbaycanın mülki aviasiya sahəsində müxtəlif istiqamətlər üzrə şirkətlər arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, İtaliyanın aviasiya sənayesi ilə səmərəli əməkdaşlıq üçün geniş potensialın olduğu qeyd olunub.

İtaliyanın “Leonardo” korporasiyası aviasiya və aerokosmik sənayesi üçün innovativ məhsulların geniş çeşidini təklif edir, müdafiə, təhlükəsizlik və s. sahələrdə çoxsaylı imkanları təkmilləşdirir. Mütəmadi tədqiqatlar, rəqəmsal istehsal və davamlı inkişaf şirkətin fəaliyyətinin təməl daşlarıdır.

M.Buratti hərbi texnologiyalar, hərbi təyinatlı hesablama sistemləri, hərəkətsiz və fırlanan qanadlı hava gəmilərinin avionikası sistemi, beynəlxalq proqramların idarə edilməsi və bir çox digər sahələrdə geniş və uzunmüddətli təcrübəyə malikdir.