Bakı 26˚C Intermittent clouds

İtaliya təbii qaz anbarlarının 60 faizini doldura bildi

Gündəm 11:44 03 iyl, 2022

Həmçinin hazırda təmirlə əlaqədar “Şimal axını” boru kəməri 2 həftə müddətinə bağlanıb

İtaliya təbii qaz anbarlarının 60 faizini doldura bildi

İtaliya təbii qazın anbarlarda saxlanılması istiqamətində sabit templə irəliləyir və hazırda anbarların təxminən 60 faizi doludur.

Qazet.az xəbər verir ki, bu sözləri İtaliyanın ekoloji transformasiya naziri Roberto Cinqolani deyib.

“Rusiya İtaliyaya təbii qaz nəqlini 15 faiz azaldıb. Həmçinin hazırda təmirlə əlaqədar “Şimal axını” boru kəməri 2 həftə müddətinə bağlanıb. Bu o deməkdir ki, daha az qaz həcmləri olacaq və qaz bazarı spekulyativ olduğu üçün bu, qiymətlərin artacağı deməkdir. İtaliya təbii qaz rezervlərinin artırılması istiqamətində çalışır. Çox nizamlı sürətlə irəliləyirik və anbarlarımız təxminən 60 faizi doludur. Hədəfimiz bu nisbəti 90 faizə çatdırmaqdır”, - deyə nazir qeyd edib.

Çətin bir qış fəsli keçirmə riskinin olduğunu deyən R.Cinqolani Rusiyanın qaz nəqlini tamamilə dayandıracağı təqdirdə bunun Avropanın digər ölkələrindən fərqli olaraq İtaliyaya daha az təsir göstərəcəyini bildirib.