Bakı 16˚C Partly sunny

İtaliya Ukraynaya silah göndərməyə hazırlaşır

Gündəm 01:27 12 yan, 2023
İtaliya Ukraynaya silah göndərməyə hazırlaşır

İtaliya parlamentinin yuxarı palatası olan Senat 2023-cü ildə Ukraynaya silah göndərilməsi ilə bağlı hökumətin qərarını təsdiqləyib.

Qazet.az xəbər verir ki, bu barədə yerli "Ansa" agentliyi məlumat yayıb.

Bildirilir ki, 125 senator bu təşəbbüsü dəstəkləyib, 28-i əleyhinə çıxıb, 2-si isə bitərəf qalıb.

Bundan sonra qərar Deputatlar Palatasında səsə qoyulacaq, sonda isə imzalanması üçün İtaliya Prezidentinə göndəriləcək.

Məlumata görə, müxalif 5 Ulduz Hərəkatı partiyasının nümayəndələri hərbi yardımın göndərilməsinə qarşı çıxıb.