İtaliya vətəndaşlarına Rusiyadan çıxmağı tövsiyə etdi
İtaliyanın Rusiyadakı səfirliyi vətəndaşlarına bu ölkədən çıxmağı tövsiyə edib.
Qazet.az xəbər verir ki, səfirliyin məlumatına görə, beynəlxalq kontekstdə baş verən son hadisələr, Rusiyadan kənarda hava və avtomobil əlaqələrinin getdikcə çətinləşməsi nəzərə alınaraq, İtaliya vətəndaşlarına Rusiyada qalmağın zəruri olub-olmadığını nəzərdən keçirmək və zərurət olmadığı təqdirdə bu ölkəni tərk etmək tövsiyə edilir.
“Rusiyada İtaliyaya və digər üçüncü ölkələrə hava nəqliyyatı ilə getmək getdikcə çətinləşir. Bu günlərdə aviaşirkətlər tərəfindən satılan biletlərin qiymətində kəskin artım müşahidə olunur. Rusiyanı bəzi qonşu ölkələrlə birləşdirən sərhəd-keçid məntəqələrində uzun növbələrin yarandığı bildirilir. Fevralın 27-də etibarən Avropa İttifaqının qərarı ilə Rusiyadan uçuşlar üçün hava məkanının bağlanmasının davam etməsini nəzərə alaraq, Rusiyada olan bütün həmvətənlərimizə xaricə səyahətlərini mümkün qədər əvvəlcədən planlaşdırmaları qətiyyətlə tövsiyə olunur. Rusiyanı tərk etməli olanlar isə mümkün qədər tez müddətə aviabilet əldə etməyə dəvət edilir”, - deyə səfirliyin məlumatında bildirilir.