İtaliyada buzlaqlar çökdü - 6 nəfər öldü
Gündəm
22:19 03 iyl, 2022
Ekspertlər xəbərdarlıq edir ki, yeni çökmə təhlükəsi hələ də qalmaqdadır.
![İtaliyada buzlaqlar çökdü - 6 nəfər öldü](https://qazet.az/resized/fit900x500/center/pages/85212/643b91db-2c11-4830-8c10-8f3a605138c9.jpeg)
İtaliyanın şimal-şərqindəki Marmolada buzlaqlarda çökmə baş verib, 6 nəfər ölüb.
Qazet.az-ın verdiyi məlumata görə, 10 nəfər itkin düşmüş hesab olunur .
Səkkiz zərərçəkən, o cümlədən biri ağır vəziyyətdə xəstəxanalara çatdırılıb.
La Repubblica qəzetinin məlumatına görə, 10-dan çox insan xilas edilib . Axtarış davam edir. Xilasetmə əməliyyatlarına 5 helikopter cəlb olunub. Zirvədə yeni temperatur rekordundan bir gün əvvəl havaların çox isti olması çökməyə səbəb olub. Ekspertlər xəbərdarlıq edir ki, yeni çökmə təhlükəsi hələ də qalmaqdadır.