Bakı 23˚C Intermittent clouds

İtaliyada iki yaşlı qız koronavirusun qurbanı olub

Cəmiyyət 11:39 31 yan, 2022

Həkimlərin bütün səylərinə baxmayaraq, qızcığazın həyatını xilas etmək mümkün olmayıb

İtaliyada iki yaşlı qız koronavirusun qurbanı olub

İtaliyada iki yaşlı qız koronavirus nəticəsində yaranan ağırlaşma səbəbindən vəfat edib.

Qazet.az ölkə mediasının istinadən xəbər verir ki, azyaşlı Kalabriya bölgəsindəki Katanzaro şəhərindən Romadakı “Bambino Gesu” (“Körpə Məsih”) klinikasına gətirilib.

Onun tibb müəssisəsinə çatdırılması üçün İtaliya Hərbi Hava Qüvvələrinə məxsus təyyarədən istifadə edilib.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq, qızcığazın həyatını xilas etmək mümkün olmayıb.