Bakı -1˚C Rain

İtaliyada "kombi" istifadəsi məhdudlaşdırılıb

Cəmiyyət 23:03 07 okt, 2022
İtaliyada "kombi" istifadəsi məhdudlaşdırılıb

İtaliya Rusiya-Ukrayna müharibəsi səbəbiylə təbii qaz böhranına qarşı enerjiyə qənaət etmək üçün qış dövrü üçün müəyyən edilmiş istilik istifadə müddətlərini məhdudlaşdırıb.
 

Qazet.az CNN-ə istinadən xəbər verir ki, İtaliyada hökumət enerjiyə qənaət məqsədilə qışda təbii qazın isitilməsinin istehlakını tənzimləyən fərman qəbul edib. Ekoloji transformasiya naziri Roberto Cingolani tərəfindən imzalanan fərmana əsasən, bütün ölkə ərazisində qızdırıcıların işləmə müddəti ümumilikdə 15 gün azaldılıb. 
Fərmanda ölkə 6 iqlim qurşağına bölünəcək, istilikdən gündəlik istifadə isə orta hesabla 1 saat azalacaq. Fərmanla yaşayış və ictimai binalarda (xəstəxana və uşaq bağçaları istisna olmaqla) əvvəlki illərdə 20 dərəcə istilik həddi 1 dərəcə azalaraq 19 dərəcəyə endirilib. Müəssisə və sənaye obyektlərində isə limit 17 dərəcə müəyyən edilib. İqlim şəraitinə uyğun olaraq istilik sistemlərində 2 dərəcə dözümlülüyünə icazə veriləcək və yerli hökumətlər sərt iqlim şəraitində fərmanda göstərilən məhdudiyyətləri müvəqqəti olaraq dəyişə biləcəklər.

Yeni Texnologiyalar, Enerji və Davamlı İqtisadi İnkişaf üzrə Milli Agentlik (ENEA) məhdudiyyətlərlə ölkə üzrə 2,7 milyard kubmetr təbii qaza qənaət etməyi nəzərdə tutur. Fərmana əsasən, ölkənin cənubundakı ən isti bölgələrdə (A zonası) dekabrın 8-dən martın 7-dək istilikdən istifadə gündə 5 saat olacaq, ən soyuq bölgələrdə isə heç bir məhdudiyyət tətbiq edilməyəcək. 

Hökumət enerjiyə qənaət məqsədilə qışda təbii qazın isitilməsinin istehlakını tənzimləyən fərman qəbul edib. Ekoloji transformasiya naziri Roberto Cingolani tərəfindən imzalanan fərmana əsasən, bütün ölkə ərazisində qızdırıcıların işləmə müddəti ümumilikdə 15 gün azaldılıb. Fərmanda ölkə 6 iqlim qurşağına bölünəcək, istilikdən gündəlik istifadə isə orta hesabla 1 saat azalacaq. Fərmanla yaşayış və ictimai binalarda (xəstəxana və uşaq bağçaları istisna olmaqla) əvvəlki illərdə 20 dərəcə istilik həddi 1 dərəcə azalaraq 19 dərəcəyə endirilib. Müəssisə və sənaye obyektlərində isə limit 17 dərəcə müəyyən edilib. İqlim şəraitinə uyğun olaraq istilik sistemlərində 2 dərəcə dözümlülüyünə icazə veriləcək və yerli hökumətlər sərt iqlim şəraitində fərmanda göstərilən məhdudiyyətləri müvəqqəti olaraq dəyişə biləcəklər.

Yeni Texnologiyalar, Enerji və Davamlı İqtisadi İnkişaf üzrə Milli Agentlik (ENEA) məhdudiyyətlərlə ölkə üzrə 2,7 milyard kubmetr təbii qaza qənaət etməyi nəzərdə tutur. Fərmana əsasən, ölkənin cənubundakı ən isti bölgələrdə (A zonası) dekabrın 8-dən martın 7-dək istilikdən istifadə gündə 5 saat olacaq, ən soyuq bölgələrdə isə heç bir məhdudiyyət tətbiq edilməyəcək. 

Qaynaq