Bakı 17˚C Cloudy

İtaliyada oyunlar bir dəqiqəlik sükutla başlayacaq

İdman 15:55 06 yan, 2023
İtaliyada oyunlar bir dəqiqəlik sükutla başlayacaq

İtaliya Futbol Federasiyası (FIGC) A Seriyasının qarşıdakı turunun bütün oyunlarının Canluka Viallinin şərəfinə bir dəqiqəlik sükutla başlayacağını açıqlayıb.

Qazet.az federasiyaya istinadla xəbər verir ki, "Sampdoriya", "Yuventus" və "Çelsi"nin sabiq hücumçusu uzun müddət xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra bu gün Londonda vəfat edib.

O, baş məşqçi Roberto Mançinin köməkçisi kimi İtaliya seçməsi ilə “Avro-2020”nin qalibi olub. Futbolçu olaraq isə “Avro-1988”də və 1990-cı ildə İtaliyanın ev sahibliyi etdiyi dünya çempionatında bürünc medal qazanıb.