Bakı 12˚C Sunny

İtaliyada parlament seçkiləri keçiriləcək

Gündəm 03:21 25 sen, 2022
İtaliyada parlament seçkiləri keçiriləcək

Bu gün İtaliyada milli parlamentə seçkilər keçiriləcək.

Qazet.az xəbər verir ki, bələdiyyə məktəblərinin ərazisində təşkil olunan seçki məntəqələri saat 07:00-da (Bakı vaxtı ilə saat 08:00) açılacaq, saat 23:00-da (Bakı vaxtı ilə saat 01:00 - da) bağlanacaq. Bundan sonra səslərin hesablanmasına başlanılacaq.

Səsvermənin nəticələrinə və parlamentdəki yerlərin bölgüsünə əsasən, respublika Prezidenti hökuməti formalaşdırmaq mandatını seçkilərin qaliblərinə verəcək.

Proqnozlara görə, üç əsas partiyanın - “İtaliya Qardaşları”, “Liqa” və “İrəli İtaliya”nın daxil olduğu sağ mərkəzçi koalisiya qalib gələcək. Onun 50 %-ə qədər səs alacağı proqnozlaşdırılır. Koalisiyadaxili razılaşmaya əsasən, ən çox səs toplayan partiya baş nazirin namizədliyini irəli sürəcək.