Bakı 19˚C Sunny

İtaliyada partlayış nəticəsində bir neçə nəfər həlak olub, itkin düşənlər var

Gündəm 09:11 13 dek, 2021

Partlayış həmçinin qonşuluqdakı üç qeyri-yaşayış binasını dağıdıb və daha üç binanın şüşələrini sındırıb.

 

İtaliyada partlayış nəticəsində bir neçə nəfər həlak olub, itkin düşənlər var

İtaliyanın Siciliya adasındakı Ravanuza kommunasında binalardan birində baş verən qaz partlayışı nəticəsində 3 nəfər həlak olub.

Qazet.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb və 2 qadın xilas edilib. Qeyd edilir ki, daha 6 nəfərin taleyi müəmmalıdır.

Partlayış həmçinin qonşuluqdakı üç qeyri-yaşayış binasını dağıdıb və daha üç binanın şüşələrini sındırıb.