Bakı 25˚C Partly sunny

İtaliyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı üçə çatıb

Hadisə 19:00 27 noy, 2022
İtaliyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı üçə çatıb

İtaliyanın İskiya adasında torpaq sürüşməsi nəticəsində ölənlərin sayı üçə çatıb.

Qazet.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Xilasedicilər daha bir nəfərin meyitini tapıblar.

Bundan əvvəl xilasedicilər Casamicciola kəndində yaşayış binalarının altından 5-6 yaşlı qızın meyitini çıxarıblar.

Təbii fəlakət nəticəsində azı 9 nəfər itkin düşmüş hesab olunur və onların axtarışı davam etdirilir.

Noyabrın 26-da adaya yağan yağış sel və torpaq sürüşməsinə səbəb olub. Azı 10 bina dağılıb. İtaliyanın daxili işlər naziri Matteo Piantedosi 200-ə yaxın insanın təxliyə edildiyini bildirib. Onun sözlərinə görə, hava şəraiti axtarış-xilasetmə işlərini çətinləşdirir. Yerli hakimiyyət adada gələn həftənin iki günü məktəbləri bağlamaq qərarına gəlib.