Bakı 26˚C Partly sunny

İtaliyanın köklü klubu müflis elan olunub

İdman 05:09 23 dek, 2021

Komanda bu müddət başa çatanadək C seriyasında çıxışını davam etdirəcək.

İtaliyanın köklü klubu müflis elan olunub

İtaliyanın "Kataniya" klubu yerli şəhər məhkəməsinin qərarı ilə müflis elan olunub.

Qazet.az-ın "Calciomercato" nəşrinə istinadən məlumatına görə, Kataniya şəhərinin eyniadlı təmsilçisinin apellyasiya şikayəti vermək üçün 30 gün vaxtı var.

Komanda bu müddət başa çatanadək C seriyasında çıxışını davam etdirəcək.

Qeyd edək ki, 1908-ci ildə "Pro Patriya" adı ilə yaradılmış klub 1946-cı ildən "Kataniya" adlanır. A Seriyasında 14 mövsüm keçirmiş komanda sonuncu dəfə 7 il əvvəl elitada mübarizə aparıb. "Kataniya"nın yüksək liqada ən böyük uğuru 2 dəfə 8-ci yeri tutması olub.