Bakı 27˚C Cloudy

İtaliyanın yeni səfiri təyin olundu - SƏRƏNCAM

Siyasət 14:17 18 okt, 2022
İtaliyanın yeni səfiri təyin olundu - SƏRƏNCAM

Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qazet.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Həmçinin dövlət başçısının digər sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.