Bakı -0˚C Cloudy

İtaliyaya ixrac etdiyimiz qazın həcmi açıqlandı

Biznes 20:55 21 sen, 2021

Bu müddət ərzində Azərbaycan qazının İtaliyaya ixracının həcmi 836 milyon dolları ötüb.

İtaliyaya ixrac etdiyimiz qazın həcmi açıqlandı

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan İtaliyaya 3,047 milyard kubmetr təbii qaz ixrac edib.

Qazet.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.

Bu müddət ərzində Azərbaycan qazının İtaliyaya ixracının həcmi 836 milyon dolları ötüb.

Ümumilikdə, hesabat dövründə Azərbaycan 13,242 milyard kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 47,21 faiz çoxdur. Bu müddət ərzində Azərbaycanın qaz ixracının həcmi 2,35 milyard dollardan (38 faiz artım) çox olub.