Bakı -1˚C Rain

İtə rəhmsiz rəftar göstərənlərin müəyyən edilməsi ilə bağlı araşdırmaya başlanılıb

Hadisə 17:33 12 sen, 2021

Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək

İtə rəhmsiz rəftar göstərənlərin müəyyən edilməsi ilə bağlı araşdırmaya başlanılıb

Su kanalına atılan sahibsiz itə rəhmsiz münasibət göstərilməsilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılır.

Bu barədə Qazet.az-a Ekologiya və Təbii Sərvətlər Nazirlyiindən bildirilib.

Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, hazırda hadisənin harada baş verməsi və təqsirkarların müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlərin görülməsi istiqamətində hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparılır.

Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.