Bakı -1˚C Showers

İtən pişik 9 il sonra evdən 1500 km aralıda tapıldı

Maraqlı 05:03 08 okt, 2022
İtən pişik 9 il sonra evdən 1500 km aralıda tapıldı

ABŞ-ın Kaliforniya ştatında sahibəsinin evindən Harriyet ləqəbli pişik yoxa çıxıb. 9 il sonra itən pişik Amerikanın Aydaho ştatında sığınacaqda tapılıb.

Qazet.az xəbər verir ki, bu barədə UPİ informasiya agentliyi məlumat verib.

2013-cü ildə ABŞ-ın Kaliforniya ştatının Klovis şəhəri sakini Syuzan Mur sığınacaqdan pişik götürüb.

O, heyvana Harriyet ləqəbini verib. Üç ildən sonra pişik yoxa çıxıb. 

Amerikalı qadının əri güman edib ki, pişiyi cavavar parçalayıb.

Mur pişiyə o qədər bağlanıb ki, öz sevimli ev heyvanının itməsindən çox məyus olub.

9 ildən sonra qadına Aydahodan zəng olub. Zəng vüran məlumat verib ki, Aydaho ştatında Heyden küçəsində, onun evindən 1, 6 min km məsafədə Harriyet tapılıb. 

Sığınacağın əməkdaşları heyvanın mikroçipindən məlumat əldə edib və sahibəsinin telefonu öyrənib.

"Təəssüf ki, o, danışa bilmir. Mən bilmək istəyərdim, pişik Aydaho ştatında necə peyda olub", - Mur qeyd edib.

Qadın Aydahoda yaşayan qardaşından heyvanı götürməyi xahiş etmək istəyib, amma qorxub ki, Harriyet onu tanımayacaq. Həm də güman edib ki, pişiyin yeni ailəsi var və onsuz darıxır.

Sığınacağın 75 yaşlı könüllüsü Morin Rayt Murdan Harriyeti özünə götürməyi xahiş edib. 

Rayt deyib ki, pişik itlərə sakit yanaşır, Mur razılaşıb.