Bakı -11˚C Windy

İtlərin hücumuna məruz qalan qadın öldü - VİDEO

Cəmiyyət 10:19 06 yan, 2023
İtlərin hücumuna məruz qalan qadın öldü - VİDEO

Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” Yaşayış Kompleksində sahibsiz itlərin hücumuna məruz qalan 41 yaşlı qadın ölüb.

Qazet.az xəbər verir ki, 4 ay əvvəl qəsəbə ərazisində itlər 41 yaşlı İnci İsgəndərovaya hücum edib. Xəsarət alan qadın bir müddət sonra dünyasını dəyişib.

Sakinlər ərazidə sahibsiz itlərin sayının çox olmasından və tez-tez onların hücumuna məruz qalmalarından şikayət ediblər.

Mövzu ilə bağlı sujeti təqdim edirik: