İTV-nin rəhbəri yüksək vəzifəyə təyin edildi - FOTO
Tədbir iştirakçıları İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımovu 4 il müddətinə Azərbaycan Qılıncoynatma Federasiyası prezidenti vəzifəsinə seçiblər

Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib.
Qazet.az xəbər verir ki, Gənclər və İdman Nazirliyində keçirilən yığıncaqda nazir Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Mikayıl Cabbarov, qurumun rəsmi şəxsləri və məşqçi heyəti iştirak edib.
Tədbirdə geridə qalan 4 ilin hesabatı dinlənilib. Daha sonra Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Tədbir iştirakçıları İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımovu 4 il müddətinə Azərbaycan Qılıncoynatma Federasiyası prezidenti vəzifəsinə seçiblər.