İTV-nin Yayım Şurasına yeni üzvlərin namizədliyi irəli sürülüb
Cəmiyyət
12:47 05 okt, 2021
Videokonfransa formatında iclas keçiriləcək
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvlərinin namizədlikləri irəli sürülüb.
Qazet.az-ın məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci il 6 oktyabr tarixdə videokonfrans formatında keçiriləcək iclasının gündəliyinə “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi” daxil edilib.