Bakı 11˚C Intermittent clouds

İyulda Azərbaycan Türkiyəyə qaz ixracını 50 %-dən çox azaldıb

Gündəm 13:48 30 sen, 2021

İyulda Rusiya Türkiyə qaz bazarında payı 56,97 % təşkil edib

İyulda Azərbaycan Türkiyəyə qaz ixracını 50 %-dən çox azaldıb

Bu ilin iyul ayında Azərbaycan Türkiyəyə 540,03 milyon kubmetr təbii qaz ixrac edib.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, ötən ilin iyul ayı ilə müqayisədə 50,63 % azdır.

Bununla da Azərbaycanın Türkiyə qaz bazarında payı 13,34 % təşkil edib və iyulda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən dördüncü ölkə olub.

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan Türkiyəyə 5 milyard 418,48 milyon kubmetr təbii qaz ixrac edilib. Bu, 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 17,1 % azdır.

Qeyd edək ki, bu ilin iyul ayında Türkiyə ümumilikdə 4 milyard 047,49 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2020-ci ilin eyni ayının göstəriciləri ilə müqayisədə 30,15 % çoxdur.

Xatırladaq ki, iyul ayında Rusiya Türkiyəyə qaz ixracına görə liderdir. İyulda Rusiyadan Türkiyəyə 2 milyard 305,81 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2020-ci ilin iyul ayı ilə müqayisədə 2,7 dəfə çoxdur. İyulda Rusiya Türkiyə qaz bazarında payı 56,97 % təşkil edib.

İkinci yerdə İran qərarlaşıb. Bu ölkə iyulda Türkiyəyə 633,2 milyon kubmetr qaz nəql edib. Bu, 2020-ci ilin iyul ayı ilə müqayisədə 4,69 % azdır. İyulda İran Türkiyə qaz bazarında payı 15,64 % təşkil edib.

Üçüncü yeri isə Əlcəzair tutub. Bu ölkə iyulda Türkiyəyə 568,45 milyon kubmetr qaz nəql edib. Bu, 2020-ci ilin iyul ayı ilə müqayisədə 46,64 % azdır. İyulda Əlcəzair Türkiyə qaz bazarında payı 14,04 %- təşkil edib.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.