İzyumda ruslar itki verdi, geri çəkildi
Gündəm
01:47 25 may, 2022
“Bu gün düşmən İzyum yaxınlığında, Pasek kəndində kəşfiyyat xarakterli döyüş apardı"

Rusiya Silahlı Qüvvələri Xarkova hücumları yenidən bərpa etmək istəyir.
Qazet.az xəbər verir ki, bu barədə Xarkov hərbi vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.
“Bu gün düşmən İzyum yaxınlığında, Pasek kəndində kəşfiyyat xarakterli döyüş apardı. Müdafiəçilərimiz düşmənə itkilərlə nəticələnən ağır zərbə vurdu və geri çəkilməyə məcbur etdi”, - deyə Sinequbov bildirib.