Joze Mourinyo İtaliyada yeni rekorda imza atıb
Gündəm
12:07 04 okt, 2021
58 yaşlı mütəxəssis buna VII turda evdə "Empoli"ni 2:0 hesabı ilə məğlub etdikləri görüşdə nail olub

"Roma" klubunun baş məşqçisi Joze Mourinyo İtaliya A Seriyasında yeni rekorda imza atıb.
Qazet.az "OptaPaolo"ya istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis buna VII turda evdə "Empoli"ni 2:0 hesabı ilə məğlub etdikləri görüşdə nail olub.
Portuqaliyalı baş məşqçi A Seriyasında ardıcıl olaraq 42-ci ev oyununda uduzmayıb. Bu, 1994/1995 mövsümündən sonra mütləq rekorddur.
Qeyd edək ki, Joze Mourinyo 2008 - 2010-cu illərdə İtaliya "İnter"inin sükanı arxasında olub.