Bakı 4˚C Mostly cloudy

Jurnalist Mahir Xəttabın apellyasiya şikayəti təmin edilməyib

Hadisə 18:33 16 sen, 2021

Prosesdə şikayət araşdırılaraq qərar qəbul edilib

Jurnalist Mahir Xəttabın apellyasiya şikayəti təmin edilməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Azadinfo.az" saytının rəhbəri Mahir Xəttabın (Ələkbərov) apellyasiya şikayətinə baxılıb.

Qazet.az-ın xəbərinə görə, prosesdə şikayət araşdırılaraq qərar qəbul edilib. Qərara əsasən, M.Xəttabın apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, M.Xəttab sentyabrın 9-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Daha sonra M.Xəttab barəsində seçilmiş həbs qətimkan tədbirdən apellyasiya şikayəti verib.