Bakı 6˚C Dreary

Jurnalistlər ictimai nəqliyyatdan pulsuz istifadə etməsi təklif edildi

Gündəm 19:16 14 dek, 2021

Söhbət büdcə yükü heç 1 milyona çatmayan məbləğdən gedir

Jurnalistlər ictimai nəqliyyatdan pulsuz istifadə etməsi təklif edildi

“Biz istərdik ki, hökumət jurnalistlərə ictimai nəqliyyatdan pulsuz istifadəni, sosial ipoteka və vergi güzəştlərinə dair təklifləri də qəbul etsin”.

Qazet.az xəbər verir ki, bunu Milli Məclisin iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

 Komitə sədri bildirib ki, söhbət büdcə yükü heç 1 milyona çatmayan məbləğdən gedir.