Bakı 3˚C Windy

Jurnalistlər məlumatlarla təmin edilməlidir - AÇIQLAMA

Gündəm 13:02 24 yan, 2022

Bunu media nümayəndələri üçün postmünaqişə dövrü ilə bağlı keçirilən təlimdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib

Jurnalistlər məlumatlarla təmin edilməlidir - <span style="color:red">AÇIQLAMA</span>

“Azərbaycanda jurnalistlər məlumatlarla təmin edilməlidir. Bilirik ki, bu sahədə problemlər mövcuddur”. 

Qazet.az-ın xəbərinə görə, bunu media nümayəndələri üçün postmünaqişə dövrü ilə bağlı keçirilən təlimdə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov deyib. 

O bildirib ki, MEDİA sahə jurnalistikasının inkişafında maraqlıdır. 

“Biz belə bir müstəvinin formalaşmasının tərəfdarıyıq”, - deyə Əhməd İsmayılov əlavə edib. 

Əhməd İsmayılov bildirib ki, gələcəkdə xarici ekspertlər də bu cür təlimlərə cəlb oluna bilər. 

Mənbə