"Jurnalistlər qonaq deyil” - Spikerdən deputata İRAD
Gündəm
17:20 29 noy, 2022
!["Jurnalistlər qonaq deyil” - Spikerdən deputata İRAD](https://qazet.az/resized/fit900x500/center/pages/127113/kk-1jpg-1669725749.jpg)
“Milli Məclisə gələn jurnalistlər qonaq deyil”.
Qazet.az xəbər verir ki, bu sözləri Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deputat Rüfət Quliyevə irad tutaraq deyib.
Deputat Rüfət Quliyevin “Qonaqları da salamlayıram” sözlərin spikerin iradına tuş gəlib. Sahibə Qafarova bu gün parlamentdə qonaq olmadığını söyləyib: “Çox sağ olun Rüfət müəllim, siz qonaqları da salamladınız. Amma bu gün bizim qonaqlarımız yoxdur”.
Spikerin çıxışına cavab olaraq deputat jurnalistləri salamladığını bildirib.
S.Qafarova R.Quliyevin cavabına "Jurnalistlər qonaq deyil. Onlar bizimlə bərabər səhərdən axşama qədər işləyirlər”, - deyə reaksiya verib.