Kabil məscid yaxınlığında partlayış baş verdi
Gündəm
19:20 03 okt, 2021
Məscid yaxınlığında partlayış baş verib

Əfqanıstanın paytaxtı Kabildə İdgah məscidinin yaxınlığında güclü partlayış baş verib.
Qazet.az xəbər verir ki, bu barədə yerli "Kabul Nyus" telekanalı məlumat yayıb.
Partlayış məsciddə Taliban hərəkatının nümayəndəsi Zəbihulla Mücahidin anası ilə vida mərasimi keçirilən zaman baş verib.
Partlayışdan sonra Kabildə ən böyük məscidlərdən birinin ərazisində Taliban və İŞİD-in bir qolu olan Xorasandakı İslam Dövləti yaraqlıları arasında atışma olub.
Partlayış nəticəsində mülki əhali arasında ölənlərin olduğu bildirilir.(axar.az)