Kabildə ard-arda bombalı hücum - Ölənlər var
Əsasən, Həzara şiələrinin yaşadığı Deşti Berçi bölgəsində əvvəllər də dəfələrlə silahlı və bombalı hücumlar həyata keçirilib.

Əfqanıstanın paytaxtı Kabilin qərbindəki Deşti Berçi bölgəsində ard-arda həyata keçirilən bombalı hücumlarda iki nəfər həyatını itirib.
“Qazet.az” xəbər verir ki, bu barədə “Taliban”ın Daxili İşlər Nazirliyinin sözçüsü Səid Hosti məlumat yayıb.
O bildirib ki, hücumlarda iki mülki vətəndaş həyatını itirib, dördü yaralanıb.
Əsasən, Həzara şiələrinin yaşadığı Deşti Berçi bölgəsində əvvəllər də dəfələrlə silahlı və bombalı hücumlar həyata keçirilib.
Şiələrə qarşı hücumların əksəriyyətinə görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb. “Taliban”ın ölkədə hakimiyyəti ələ keçirdiyi avqustun 15-dən indiyədək təşkilat üzvlərinin ikisi Kabildə, biri Kunduzda və digəri Qəndəharda təşkil etdiyi dörd böyük hücumda 250-dən çox insan həyatını itirib.
“Taliban” rəhbərliyi isə İŞİD-in ciddi təhlükə olmadığını bildirir.
ria.novosti