Bakı 6˚C Dreary

Kabildə pasport idarəsi fəaliyyətini dayandırıb

Gündəm 14:05 16 noy, 2021

Lakin digər əyalətlərdə bu proses davam edir

Kabildə pasport idarəsi fəaliyyətini dayandırıb

Taliban bugündən Kabil şəhərində pasport verən idarənin fəaliyyətini dayandırmasını bildirib.

Qazet.az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, proses qeyri-müəyyən müddətəcən davam edəcək. Kabil pasport idarəsinin rəisi Aləmgül Həqqani buna səbəb kimi müraciətlərin sayının çoxluğunu və cihazların nasazlığını göstərib.

Taliban müvəqqəti hökumətinin nümayəndəsi Ənamulla Səmənqani Kabildə pasport idarəsi fəaliyyətini dayandırmasını texniki səbəblərlə bağlı olduğunu təsdiq edib.