Kabildə partlayış olub
Taliban daxili işlər nazirliyi xəbəri təsdiqləyib

Bugün Əfqanıstanın paytaxtı Kabil şəhərində növbəti dəfə terror aktı törədilib.
Qazet.az Əfqanıstan mətbuatına istinadən məlumat verir ki, hadisə şəhərin səkkizinci təhlükəsizlik rayonunda baş verib. Partlayış nəticəsində bir mülki şəxs həlak olub, iki nəfər yaralanıb.
Partlayışın Kabil-Loqor yolundakı çəmənliyin yaxınlığında baş verdiyi iddia edilib.
İdarənin sözçüsü Əğilcan Əzzam bildirib ki, olay zamanı daha iki mülki şəxs yaralanıb. O, əlavə edib ki, hadisəyə səbəb yol kənarındakı dibçəyə yerləşdirilmiş minanın partlaması olub.
Partlayışa görə məsuliyyəti heç bir qruplaşma və ya şəxs öz üzərinə götürməyib.
Qeyd edək ki, bu qəbildən olan partlayışların əksəriyyətinin İŞİD tərəfindən törədildiyi bildirilir.