Kabildəki terror aktlarının məsuliyyətini İŞİD öz üzərinə götürüb
Gündəm
11:02 18 noy, 2021
Terror aktları maşınlar vasitəsilə törədilib
Dünən Əfqanıstanın paytaxtı Kabil şəhərində iki partlayış hadisəsi baş verib.
Qazet.az Əfqanıstan mediasına istinadən xəbər verir ki, Kabildəki terror aktlarının məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürüb.
DİN-in sözcüsü Səid Xosti bildirib ki, partlayış nəticəsində 1 nəfər ölüb, 5 nəfər vətəndaş yaralanıb.
Partlayışların biri şəhərin qərbindəki Dəvaxane stansiyasında, digəri isə Şəhid dörd yolayrıcında baş verib.