Bakı 15˚C Sunny

Kadi Borges “Qarabağ”dan ayrılıb

İdman 20:32 04 yan, 2023
Kadi Borges “Qarabağ”dan ayrılıb

Kadi Borges “Qarabağ”dan ayrılıb.

Qazet.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Bildirilib ki, Kadi Borgesin transferi ilə bağlı Rusiyanın “Krasnodar” klubu ilə aparılan danışıqlar yekunlaşıb.

Danışıqların yekununa əsasən, futbolçu tibbi müayinədən keçdikdən sonra “Krasnodar”la rəsmi müqavilə imzalayacaq.

Hələlik keçidin detalları ilə bağlı hansısa bir açıqlama verilməyib.

Qeyd edək ki, Kadi 2021-ci ilin yayından “Qarabağ”da oynayırdı.