Kadırov: Putin imkan versəydi,Kiyevi çoxdan götürərdim
Xəbərlər
00:15 27 avq, 2022
Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın ona qarşı cinayət işi başlatmasına isteriya ilə reaksiya verib.
Qazet.az xəbər verir ki, bu barədə o, Teleqram hesabında paylaşım edib.
"Mən Kiyevi çoxdan götürərdim, Zelenski və buna bənzərləri isə artıq sorğu-sual üçün zirzəmidə olardılar. Ona görə də Kiyevi almağa imkan vermədiyi üçün Putinə təşəkkür edirəm", - Kadırov qeyd edib.