Bakı 28˚C Sunny

Kadırov Ukraynaya 3 mindən çox döyüşçü göndərir

Xəbərlər 21:09 11 sen, 2022
Kadırov Ukraynaya 3 mindən çox döyüşçü göndərir

Çeçenistanda Ukraynaya göndərilməsi üçün 560 əsgərdən ibarət üç batalyon və 1500 nəfərlik xüsusi alay hazırlanıb.

Qazet.az xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.

O, hərbi hissələrin və texnikanın döyüş baxışında iştirak edib.

Kadırov bildirib ki, Ukraynaya qarşı müharibə üçün ümumilikdə 3180 əsgər hazırlanıb.