Bakı 15˚C Mostly sunny

Kadırovun qan düşməni Ukraynaya gəldi

Gündəm 14:02 12 okt, 2022
Kadırovun qan düşməni Ukraynaya gəldi

Suriyada Bəşər Əsəd hökumətinə qarşı döyüşən məşhur çeçen komandir Əbdülhəkim Şişani (Rüstəm Ajiyev) Rusiyaya qarşı vuruşmaq üçün Ukraynaya gəlib.

Qazet.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Nazar Prixodko məlumat yayıb.

Onun sözlərinə görə, Şişani ilə birlikdə onun döyüşçüləri də Rusiyaya qarşı döyüşəcək.

Qeyd edək ki, Şişani İkinci Çeçen müharibəsi zamanı çeçen səhra komandiri Rüstəm Basayevin komandanlığı altında döyüşüb.

“Ajnad əl-Qafqaz” çeçen qruplaşmasına rəhbərlik edən Şişani 2013-cü ildən Suriyanın Latakiya, İdlib əyalətlərində hökumət qüvvələrinə qarşı döyüşlərdə iştirak edib.

Əbdülhəkim Şişani həm də Çeçenistan rəhbəri Ramzan Kadırovun qan düşməni sayılır.