Bakı 7˚C Hazy sunshine

Kaliforniyada “Omikron”a görə yenidən maska taxmaq məcburi oldu

Gündəm 11:51 15 dek, 2021

Qapalı yerlərdə maska ​​taxmaqla yanaşı, tibb işçiləri, ictimai işçilər, müəllimlər və tələbələrin də peyvənd edilməsi tələb olunub

Kaliforniyada “Omikron”a görə yenidən maska taxmaq məcburi oldu

ABŞ-ın Kaliforniya ştatında yeni növ koronavirus ştammına yoluxma hallarının artması ilə əlaqədar qapalı ərazilərdə maska ​​taxmaq məcburiyyəti yenidən tətbiq olunmağa başlayıb.

Qazet.az xəbər verir ki, ştat hökuməti yeni tənzimləmənin dekabrın 15-dən qüvvəyə minəcəyini açıqlayıb.

Qapalı yerlərdə maska ​​taxmaqla yanaşı, tibb işçiləri, ictimai işçilər, müəllimlər və tələbələrin də peyvənd edilməsi tələb olunub.

ABŞ-da Vaşinqton, Oreqon, İllinoys, Nyu-Meksiko, Nevada və Havay ştatlarında qapalı yerlərdə maska ​​taxmaq məcburidir.

İyunun 15-də peyvənd olunmuş insanlar üçün dövlət miqyasında maska ​​tələbi qaldırılıb. Bununla belə, bütün ölkə ərazisində virusun “Omikron” ştammı aşkar edildikdən və yoluxmaların sayı artdıqdan sonra ştatda yerli hökumətlər tədricən maska tələbini tətbiq etməyə başlayıblar.

Təxminən 2 həftədir yoluxma sayının artdığı Kaliforniyada indiyədək 4 886 509 yoluxma hadisə qeydə alınıb, 74 685 nəfər isə virusa görə həyatını itirib.

Mənbə: Anadolu agentliyi