Kalın Sallivanla Ermənistanın təxribatından danışdı
Həmçinin telefon söhbətində Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında Romada keçirilən G20 Sammitində razılaşdırılan ortaq strateji mexanizmin detalları müzakirə edilib.

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalınla ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan arasında telefon danışığı baş tutub.
Qazet.az xəbər verir ki, telefon söhbətində ikitərəfli siyasi və iqtisadi əlaqələr, müdafiə sahəsində əməkdaşlığın inkişafı, qlobal və regional məsələlər müzakirə olunub.
Görüşdə Əfqanıstandakı siyasi vəziyyət və humanitar yardım, Suriyanın ərazi bütövlüyü və terrorizmdən təmizlənməsi, Liviyadakı siyasi proseslər və seçkilər, Qarabağda sülhün və sabitliyin daimi olması, Ermənistan-Azərbaycan sərhədindəki münaqişənin həlli ilə bağlı müzakirələr aparılıb. Ukraynanın şərqindəki durum, Belarus-Polşa sərhədində və Şərqi Aralıq dənizindəki gərginliyin həlli ətraflı şəkildə gündəmə gətirilib.
Həmçinin telefon söhbətində Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasında Romada keçirilən G20 Sammitində razılaşdırılan ortaq strateji mexanizmin detalları müzakirə edilib.