Bakı 9˚C Mostly cloudy

Kamçatka sahillərində iki zəlzələ baş verib

Xəbərlər 09:12 08 yan, 2023
Kamçatka sahillərində iki zəlzələ baş verib

Rusiyanın Kamçatka diyarının Sakit okean sahilində 4,9 bal gücündə zəlzələ olub.

Qazet.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.

Zəlzələnin episentri Şimali-Kurliskdən 85 km məsafədə, 140 km dərinlikdə olub. Bir neçə saat əvvəl Avaça körfəzində də 3,9 bal gücündə seysmik hadisə qeydə alınıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsi bildirib ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhər dairəsindən 64 km şərqdə yerləşib.

Zəlzələ yaşayış məntəqələrində hiss olunmayıb.