Bakı 7˚C Sunny

Kamerunda torpaq sürüşməsi baş verib - Ölənlər var

Hadisə 01:35 28 noy, 2022
Kamerunda torpaq sürüşməsi baş verib - Ölənlər var

Kamerunun paytaxtı Yaunde şəhərinin şərqində dəfn mərasimi zamanı torpaq sürüşməsi baş verib, azı 11 nəfər həlak olub.

Qazet.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Agence France-Presse” məlumat yayıb.

Qeyd olunub ki, hadisə yerinə xilasedicilər cəlb edilib. Yaralılar barədə məlumat verilməyib.