Bakı 16˚C Partly sunny w/ showers

Kamran Əliyev: "Azərbaycan və Gürcüstan prokurorluqları arasında münasibətlər yeni mərhələyə qədəm qoyacaq”

Gündəm 18:29 15 okt, 2021

Bu sözləri Tbilisidə səfərdə olan Azərbaycanın Baş prokuroru Kamran Əliyev gürcü həmkarı İrakli Şotadze ilə görüşdən sonra jurnalistlərə açıqlamasında söyləyib

Kamran Əliyev: "Azərbaycan və Gürcüstan prokurorluqları arasında münasibətlər yeni mərhələyə qədəm qoyacaq”

“Azərbaycanın və Gürücstanın prokurorluq orqanların arasında əməkdaşlıq çox yüksək səviyyədidəri. Bizim Tbilisiyə növbəti səfərimiz və apardığımız müzakirələrdən sonra münasibətlərimiz yeni müstəvidə daha da inkişaf edəcək”

Qazet.az xəbər verir ki, bu sözləri Tbilisidə səfərdə olan Azərbaycanın Baş prokuroru Kamran Əliyev gürcü həmkarı İrakli Şotadze ilə görüşdən sonra jurnalistlərə açıqlamasında söyləyib.

Tbilisiyə Gürcüstanın Baş prokuroru İrakli Şotadze ilə dəvəti ilə səfər etdiyini vurğulayan K.Əliyev deyib: “Bu səfər çərççivəsində çox səmərəli görüşlərimiz oldu. Apardığımız danışıqlardan və imzalanmış memorandumdan sonra münasibətlərimiz yeni mərhələyə qədəm qoyacaq”.

O deyib ki, görüşdə əsasən Azərbaycan və Gürcüstanın Baş prokurorluqları arasında münasibətləri müzakirə olunub. Xüsusən də hər iki tərəf arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın göstərilməsi, yaxşı təcrübənin bölüşməsi, beynəlxalq platformalarda birgə mövqedən çıxış etmək, qarşılıqlı səfərlərin təşkili və bu kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.