Kanadada dayanacaqda atışma olub, ölən var
Gündəm
01:44 23 yan, 2022
Hadisə gecə saatlarında dayanacaqlardan birində baş verib

Kanadanın Ontario ştatının şimalında, Toronto şəhərində atışma baş verib.
Qazet.az xəbər verir ki, bu barədə CTV kanalı məlumat yayıb.
Hadisə gecə saatlarında dayanacaqlardan birində baş verib.
İlkin versiyaya görə, atışma iki avtomobilin sərnişinləri tərəfindən həyata keçirilib.
Hadisə yerindən gənc oğlanın meyiti tapılıb.
Eyni ərazidə gecə saatlarında küçədə naməlum şəxslər daha bir nəfəri odlu silahdan yaralayıblar.(report)